Ötən il 63968 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunub.
News365.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatında qeyd olunub.
2024-cü ildə ünvanlı dövlət sosial yardımı təyin olunmuş ailə üzvlərinin sayı isə 272 343 nəfərə bərabər olub.
Bundan əlavə ötən il 442016 nəfər aylıq sosial müavinət və kompensasiya alıb ki, onlardan 222205 nəfəri qadınlardır.