Bu şəxslər 200 manat cərimələnəcək

Bu şəxslər 200 manat cərimələnəcək
04 Dek 2024 19:59

Reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməməsinə görə cərimə müəyyənləşir.


News365.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 452.2-1-ci maddədə əksini tapıb.


Reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.


Youtube kanalımız