Sabiq direktor işə bərpa olunmaq istəyir

Sabiq direktor işə bərpa olunmaq istəyir
04 Dek 2024 17:46

Tovuz rayonu Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbinin sabiq direktoru Məftunə Əsədova məhkəməyə müraciət edib. 

News365.az-ın məlumatına görə, Əsədova Məftunə İmran qızı işdən çıxarılmasına görə Mədəniyyət Nazirliyinin Ağstafa Regional Mədəniyyət İdarəsi barəsində şikayət verib. 

 İşə hazırda apellyasiya məhkəməsindədir. Şikayətə Gəncə Apellyasiya Məhkəməsində hakim Mustafa Mustafayevin sədrliyi ilə baxılır. 

 Sabiq direktor məhkmədə idarə barəsində "Əmək mübahisələri-İşə bərpa" üzrə iddia qaldırıb. 


Youtube kanalımız