“28 may” stansiyasında sərnişinlər qatardan düşürüldü - SƏBƏB

“28 may” stansiyasında sərnişinlər qatardan düşürüldü - SƏBƏB
04 Dek 2024 18:52

Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

Bu barədə news365.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

“Bu səbəbdən “28 may” stansiyasında sərnişinlər düşürülüb. Qatar xəttə ikən qatara baxış keçiriləcək. Digər əlavə məlumatları təqdim edəcəyik”, - məlumatda bildirilib


Youtube kanalımız