Gələn qonaqlar nəyə görə ancaq yeməklərimizi tərifləyir?- VACİB MƏQAM

Gələn qonaqlar nəyə görə ancaq yeməklərimizi tərifləyir?- VACİB MƏQAM
10:29

COP29 öz işini uğurla başa çatdırdı. Çoxlu sayda qonaq gəldi. Gələnlər də razı getdilər. Ən azı yeməyimizdən və qonaqpərvərliyimizdən razılıq etdilər. Lap yaxşı…

Azərbaycanda xoşa gələn ancaq yeməklərimizdirmi?

Bax, əsas məsələ budur. Gələn və danışan qonaqların heç bir demədi ki, “Azərbaycanda olmaq mənim çoxdankı arzum idi”, “Azərbaycan haqqında oxuduqlarımı reallıqda görmək üçün bura gəlmişəm”, “Azərbaycanın tarixi və mədəni abidələri məni heyran etdi” və sair. Belə çıxır ki, Azərbaycanın tarixi, mədəniyyəti və uğurları, hətta azərbaycanlıların yaşam tərzi gələn heç bir qonaq  üçün maraqlı deyilmiş. Onlar kimlərinsə təkidli xahişi ilə ölkəmizə gəlib, bir-iki poz verib getdilər.

Mətbəximizi tərifləmənin özü də narahatlıq doğurur. Deməli dəvət olunanlara ancaq xoş istirahət və bol yemək-içmək vəd olunubmuş. Ona görə də gələnlər ancaq yeməklərimizi təriflədi ki, “vəd edildiyi kimi varmış”. Hətta tanınmış futbolçu Ronaldinyo da mətbəximiz haqqında “supper” ifadəsi işlətdi. Halbuki, bu adam ən azından Azərbaycan futbolu haqqında iki kəlmə deyə bilərdi. Və yaxud “Barselona”nın prezidenti Laporta gəldi, yedi-içdi getdi. O da Bakıdakı sulu qəlyanı təriflədi ki, “beləsini görməmişəm”.

Nə yazıq ki, bizim mətbuatımız da onların qəribə reaksiyalarını məmnuniyyətlə manşetlərə daşıdılar. Guya ki, çox böyük uğurdur ki, Azərbaycanın mətbəxini kimsə bəyənib. Bəs, Azərbaycan reallıqlarını, Azərbaycanın bölgədəki rolunu, Azərbaycanın tarixi nailiyyətlərini niyə tərifləmirlər?!

Deməli, təşkilatçılığımızda nəsə çatmır. Yəqin ki, ilk növbədə vətənpərvərliyimizdə problem var. Belə olmasa idi dəvət etdiyimiz lopartolar, ronaldinyolar tam fərqli fikirlər səsləndirərdilər. Vəssalam!

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər