Gürcüstanda
aksiya iştirakçılarının ölkənin əsas dəniz ticarət limanı olan Potiyə gedən
yolu bağlaması regionda mühüm geosiyasi və iqtisadi nəticələr doğura bilər. Bu
vəziyyət xüsusilə Çin-Avropa ticarət yollarının tənzimlənməsi baxımından diqqət
çəkir.
Çin-Avropa
ticarəti üçün Orta mühüm alternativ kimi çıxış edir. Bu dəhliz Qazaxıstan, Xəzər
dənizi, Azərbaycan və Gürcüstan üzərindən keçərək Avropaya uzanır. 2022-ci ildə
Orta Dəhliz vasitəsilə 3,9 milyon ton yük daşınmış və bu rəqəm illik 20%-dən
çox artımla yüksəlmişdir. Bu statistik göstəricilər dəhlizin regional və qlobal
iqtisadiyyatda nə qədər strateji əhəmiyyətə malik olduğunu sübut edir.Potidə
limanın bloklanması isə bu ticarət marşrutunda gecikmələr və əlavə logistika xərcləri
yaradacaq.
ABŞ-ın Çin
ilə iqtisadi və geosiyasi rəqabəti fonunda, bu cür ticarət yollarının ləngiməsi
Vaşinqtonun maraqlarına uyğundur. Çin “Bir Kəmər-Bir Yol” təşəbbüsü ilə öz təsir
dairəsini genişləndirməyə çalışarkən, ABŞ bu cür layihələrin qarşısını almaq və
Avropa ilə Asiya arasında olan ticarət axınlarına təsir etməyə çalışır.
Gürcüstandakı
hadisələr yerli səviyyədə etiraz aksiyası kimi görünsədə, onların geosiyasi və
iqtisadi baxımdan daha geniş təsirləri olacaq. Gürcüstanın öz maraqlarını
qoruyaraq balanslı siyasət yürütməsi vacibdir. Orta Dəhlizdə uzunmüddətli ləngimələr
həm regional sabitliyə, həm də qlobal ticarət əlaqələrinə ciddi zərbə vura bilər.
Aqil Məmmədov, iqtisadçı ekspert