İnsanın bütün orqanları vacibdir.
Amma bəzi orqanlar var ki, onların zədələnməsi və yaxud normal işləməsi insan
üçün ciddi problem yaradır. Belə vacib orqanlardan biri də qaraciyərdir.
Bəs, qaraciyərin sağlamlığını necə dəstəkləmək
və pəhrizə hansı qidaları daxil etmək lazımdır?
News365.az xəbər verir ki, bununla
bağlı Rusiya Elmlər Akademiyasında araşdırmalar aparılıb. Məlum olub ki, bütün orqanizmin vəziyyəti qaraciyərin
sağlamlığından asılıdır. Qaraciyər qida maddələrini parçalayır, zülalların və
amin turşularının, lipidlərin, karbohidratların, bioloji aktiv maddələrin
(hormonlar, biogen aminlər və vitaminlər), mikroelementlərin metabolik proseslərini
təmin edir. Steroid hormonları, bilirubini, dərman preparatlarını, spirti
biokimyəvi yolla emal edir. Qaraciyər həmçinin qida, vitamin və mineralları
saxlayır.
Qaraciyər hansı qidaları sevir?
Alimlərin sözlərinə görə, bəzi
qidalar qaraciyərin sağlamlığı üçün xüsusilə faydalıdır. Bunlara daxildir: kələm,
turp, kahı, ispanaq, arugula; yumurta; tumurcuqlar, cücərtilər, hər hansı bir yeni
göyərti; çuğundur; sarımsaq; limon; yağlı balıq - qızılbalıq, siyənək,
skumbriya və halibut.
News365.az