BMT Baş Assambleyası Fələstinlə bağlı konfrans keçirməyə qərar verib.
News365.az xarici mediaya istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrail-Fələstin münaqişəsinin iki dövlət həlli, Türkiyənin həmtəqdimatçı qismində iştirakı və Yaxın Şərqdə sülh prosesi ilə bağlı yüksək səviyyəli konfrans keçirməyi qərara alıb.
Bildirilib ki, konfrans iyunun 2-də Nyu-Yorkda keçiriləcək.