Nərimanovda jek işçiləri hazırki iş şəraitindən şikayətçidirlər.
News365.az xəbər verir ki, bu barədə sosial mediada videolar yayılıb. Süpürgəçi xanım iddia edir ki, 3500 kvadrat yer süpürməli olduqları halda, hazırda 8200 kvadrat yer süpürürlər. Şikayətçilər qeyd edir ki, onların haqqları və hüquqları pozulur. Onlar 8 saatdan çox işlədiklərini, amma bunun qarşılığında əlavə ödəniş almadıqlarını deyirlər.