Son günlər Azərbaycanda havanın isti keçməsinin səbəbi açıqlanıb

Son günlər Azərbaycanda havanın isti keçməsinin səbəbi açıqlanıb
13:07

İsti hava kütlərinin ölkəyə daxil olması nəticəsində hava şəraitinin mülayim, əsasən yağmursuz keçməsi, havanın temperaturunun bir qədər yüksək olması müşahidə olunur.

Bunu  Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Xidmət rəsmisi bildirilib ki, isti hava kütlələrinin ölkəyə daxil olması nəticəsində hava şəraitinin mülayim, əsasən yağmursuz keçməsi, havanın temperaturunun bir qədər yüksək olması müşahidə edilir.

G.Məmmədovanın sözlərinə görə, son 10-15 il ərzində Bakıda havanın maksimal temperaturu fevralda 25 dərəcə isti olub:

"Bu il isə hələ 2026-ci il fevral ayının 17-dək havanın maksimal temperaturunun bölgələrdə və Bakıda, eləcə də Abşeron yarımadasında 20-23 dərəcə istiyədək yüksəlməsi müşahidə olunur".


Sizin reklam burada
Sizin reklam burada