“Sistemli korrupsiya aradan qalxmayıb, çiçəklənir” -Erməni jurnalist

“Sistemli korrupsiya aradan qalxmayıb, çiçəklənir” -Erməni jurnalist
28 May 2025 10:15

Ermənistanda sosial-iqtisadi böhran narazılıqları artırmaqdadır. Məsələn, Ermənistanın tanınmış araşdırmaçı jurnalistlərindən olan Voskan Sarkisyan ölkəni korrupsiya dalğasının bürüməsindən yazıb: “Hamı bir tələbədən 500 min dram rüşvət alan professordan, İstintaq Komitəsindən 590 min dollar oğurlanmasından, dövlət büdcəsindən 25 milyard dram dağıdan və çoxmərtəbəli binaların tikintisini davam etdirən ANİF rəhbəri Tiqran Avinyandan danışır. Hansı ki, o, İrəvan şəhərsalma standartlarını pozur. Sonra da rəhbər şəxslər çıxıb rəsmən bəyan edirlər ki, Ermənistanda sistemli korrupsiya aradan qaldırılıb. Sistemli korrupsiya yoxa çıxmayıb, inkişaf edir. Bunun bariz nümunəsi dövlət büdcəsindən külli miqdarda "mükafatların" ödənilməsidir. Bizim 13,5 milyard dollar dövlət borcumuz var, amma onlar xaricdən yeni kreditlər götürürlər ki, pis fəaliyyət göstərən məmurlara bonuslar ödəsinlər”.

Tural


Sizin reklam burada
Sizin reklam burada