Siqaretlərin qiymətinin qalxması barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Bu barıdə news365.az-a istehsalşı şirkətdən siqaretlərin bahalaşması barədə yayılan məlumatı şərh edərkən bildirilib.
Qeyd edilib ki, OBA marketlər şəbəkəsinin mağazaları qiymət artımını özbaşına edib:
“İstehsalçı şirkət olaraq heç bir qiymət artımı etməmişik. OBA marketlər şəbəkəsi qiymət artımı özbaşına addımdır”.
Qeyd edək ki, OBA marketlər şəbəkəsi “Veysəloğlu” şirkətlər qrupuna aiddir.