Şimali Osetiyada dron həyəcanı

Şimali Osetiyada dron həyəcanı
12 Apr 2025 09:27

Şimali Osetiyada dron təhlükəsi rejimi tətbiq edilib. Bu barədə respublikanın rəhbəri Sergey Menyaylo özünün Telegram kanalında məlumat yayıb.


Moskva vaxtı ilə saat 5:57-də dərc edilən paylaşımda deyilir: “Şimali Osetiya ərazisində pilotsuz təyyarələr üçün təhlükə rejimi tətbiq edilib".


Menyailo vurğulayıb ki, əməliyyat qərargahı gecə-gündüz fəaliyyət göstərir. Bölgə rəhbəri yerli sakinləri sakit olmağa çağırıb.


Ötən axşam Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə məxsus 13 pilotsuz uçan aparatının Kursk və Rostov vilayətləri əraziləri üzərində 30 dəqiqə ərzində məhv edildiyini bildirib. Dronlar Moskva vaxtı ilə axşam saat 22:00-22:30 arasında vurulub. Nazirlik əlavə edib ki, doqquz pilotsuz təyyarə Rostov vilayəti üzərində, dörd PUA isə Kursk vilayəti üzərində məhv edilib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada