Si Cinpin Novruz bayramı münasibətilə İlham Əliyevi təbrik edib

Si Cinpin Novruz bayramı münasibətilə İlham Əliyevi təbrik edib
13:16

Çin Xalq Respublikasının Sədri Si Cinpindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktub gəlib.

News365.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Bahar bayramı münasibətilə göndərdiyiniz təbrik məktubuna görə Sizə səmimi təşəkkürümü bildirirəm. Çin Hökuməti və xalqı adından Sizi, Azərbaycan Hökumətini və bütün Azərbaycan xalqını ənənəvi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. Son illərdə qarşılıqlı siyasi etimad möhkəmlənir, bütün sahələrdə əməkdaşlıq inkişaf edir. Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm və iki ölkə xalqlarının mənafeləri naminə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da inkişaf etdirilərək yeni səviyyəyə yüksəldilməsi üçün Sizinlə birlikdə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram".


Sizin reklam burada
Sizin reklam burada