Elektron ərizə doldurduqdan sonra imtahan tarixinə qədər yeni şəxsiyyət vəsiqəsi alındıqda bu imtahanda iştiraka maneə yaratmır.
News365.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin mətbaut katibi Xanlar Xanlarzadə İctimai Tv-nin efirində danışıb.
O bildirib ki, abituriyentin şəxsi kabinetində bununla bağlı bölmə var:
“Kabinetdə sənədim yenilənib bölməsinə daxil olaraq yeni şəxsiyyət vəsiqəsini daxil edərək yadda saxlamaq lazımdır. Bu mütləlq şəkildə edilməlidir, çünki imtahana 1 həftə qalmış buraxılış vərəqəsi çap edilir. Həmin buraxılış vərəqəsində abituriyentin köhnə vəsiqəsinin məlumatları olacaq, bizə onu bildirsə, həmin məlumatları yeniləyirik”.