Sertifikasiya imtahanı verən müəllimlərin nəzərinə!

Sertifikasiya imtahanı verən müəllimlərin nəzərinə!
25 İyn 2024 09:45

21, 22 və 24 iyun tarixində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna start verilib.

News365.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.

Müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, təhsilverənlər 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər