Çeçenistan lideri Ramzan Kadırov orduya səfərbər edilmiş ukraynalı əsgərin "Axmat" xüsusi çevik reaksiya bölməsinin döyüşçüləri tərəfindən əsir götürülməsindən sonra verdiyi açıqlamasın əks etdirən videonu yayıb. Görüntülər onun Telegram kanalında yayılıb.
Paylaşımın altında gəncin adının Nikita olduğu qeyd edilib.
“Əksər Ukrayna hərbçiləri kimi o da məcburi səfərbərliyə məruz qalıb. Onun sözlərinə görə, o, 35 gün təlim keçib”,- respublika rəhbəri bildirib.
Kadıorv əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin (VSU) əsgəri cəmi 11 gün cəbhədə olub. Döyüş zamanı "Axmat" xüsusi təyinatlılarının üzvləri rus hərbçiləri ilə birlikdə gəncin yerləşdiyi mövqeyə basqın ediblər. Bundan sonra Nikita təslim olmaq qərarına gəlib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural