Birləşmiş Ştatlar geni dəyişdirilmiş donuzların böyrəklərinin insanlara köçürülməsi üçün sınaqları təsdiqləyib. Bu barədə The Washington Post (WP) məlumat yayıb.
Nəşrin məlumatına görə, Qida və Dərman İdarəsi iki şirkətə - United Therapeutics və eGenesis-ə klinik sınaqların aparılmasına icazə verib.
Tədqiqat son mərhələdə böyrək çatışmazlığı olan altı xəstəni əhatə edəcək. Gələcəkdə tədqiqat iştirakçılarının sayının 50-yə çatdırılması planlaşdırılır. United Therapeutics-in ilk əməliyyatının 2025-ci ilin ortalarında baş tutacağı gözlənilir.
O da qeyd olunub ki, eGenesis şirkəti tərəfindən daha üç böyrəyin köçürülməsi gözlənilir.
Bundan əvvəl Associated Press xəbər yaymışdı ki, donuz böyrəyi transplantasiyası alan ABŞ vətəndaşı Tovana Luni 61 gün heyvan orqanı ilə yaşayıb və özünü yaxşı hiss edir. O, belə bir əməliyyatdan sonra gözlənilən ömür uzunluğuna görə yeni rekorda imza atıb.
Tural