Məlum olduğu kimi Bakıda Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması,
soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama
və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan
Respublikasının vətəndaşlarına qarşı məhkəmə keçirilir. Məhkəmədə Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan,
Levon Mnatsakanyanla yanaşı digərlərinin barəsində olan cinayət işləri də
araşdırılır. Maraqlıdır ki, hərbi canilərin ədalət məhkəməsi qarşısına
çıxması Ermənistanın siyasi arenasında qorxu və təşvişə səbəb olub.
Buna misal olaraq Ermənistan parlamentinin müxalifəti təmsil
edən “Şərəfim var” fraksiyasının üzvü
Tiqran Abramyanın sərsəm fikirlər səsləndirməsini göstərmək olar. "Mamul" nəşrinin yaydığı məlumata görə, radikal
fikirləri və revanşist açıqlamaları ilə seçilən deputat bu dəfə Bakıda
keçirilən məhkəmə prosesinə dair gülməli və anormal iddialar irəli sürüb.
O deyib:
“Mən Bakıdakı məhkəmədən çəkilən kadrlara baxdım. İlk baxışda yalnız
belə görünür ki, məhkəmə prosesinin əsas
obyekti Bakıda mühakimə olunan ermənilərdir.
Azərbaycan "milli-azadlıq mübariz"əmizin
(?) və onun qabaqcıllarını beynəlxalq cinayətkar elan etmək, ümumilikdə ermənilərin ünvanına məhkəmədə ittihamlar silsiləsi yağdırmaq və tarixi
"nailiyyətlərimizi" məhv etmək üçün bütün arsenaldan istifadə edir.
Son iclasların birində isə məhkəmədə nümayiş olunan
kadrlarda Serj Sarkisyanın “DQR” Özünümüdafiə Qüvvələri Komitəsinin rəhbəri
kimi müxtəlif cəbhə bölgələrinə səfərləri və onu qarşılayan komandirlər də əks
olunub”.
Maraqlıdır, məhkəmədə digər hərbi canilərin o cümlədən Serj Sarkisyan kimi cinayətkarın da adının hallanması və ya kadrlarda nümayiş etdirilməsi erməni siyasətçini niyə narahat edib? Görünür o və digər əli azərbaycanlıların qanına batmış quldurlar da nə vaxtsa belə bir mühakimə ilə qarşılaşacaqlarından qorxurlar. Bu kadrları isə özlərinə siyasi mesaj kimi görürlər...
Məhz Tiqran Abramyanın məhkəmədə göstərilən kadrlarda Sarkisyanı görəndən sonra canına qorxu düşməsi təsadüfi təşviş sayılmamalıdır. Çünki o, bir zamanlar Qarabağda mövcud olmuş separatçıların "rəhbəri"nin müşaviri kimi də çalışıb.
Tural