Şəmkirdə bıçaqlanma hadisəsi olub.
News365.az xəbər verir ki, Şəmkir rayonunun Təzəkənd kənd sakinləri, 1974-cü il təvəllüdlü Əlövsət Həsənov münaqişə zəmnində 1969-cu il təvəllüdlü Əbülfəz Həsənovu bıçaqlayıb.
Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkən şəxsin vəziyyəti orta ağırdır və müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma başlanılıb.