İsrail Hərbi Hava Qüvvələri İran ərazisində infrastruktura qarşı 12-ci zərbələr dalğasını həyata keçirib.
News365.az xəbər verir ki, bu barədə İsrail Ordusu (İDF) məlumat yayıb.
Məlumata görə, Əlborz əyalətində bütün daxili təhlükəsizlik qüvvələrinə cavabdeh olan xüsusi bölməsinin qərargahı hədəfə alınıb. Bu qərargah əyalətdə fəaliyyət göstərən bütün xüsusi bölmələri idarə edir və silahlı qüvvələrin fəaliyyətini koordinasiya edir.
Tehranın digər ərazilərində isə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və “Bəsic” təşkilatına məxsus əlavə obyektlər, eləcə də daxili təhlükəsizlik qüvvələrinin mərkəzi komanda məntəqəsi vurulub.
Bundan əlavə, dövlətin müxtəlif növ silahların saxlanması və istehsalı üçün istifadə etdiyi onlarla komanda mərkəzi və digər obyektlərə də zərbələr endirildiyi bildirilir.