Şəmkir, Lerik və Yevlaxda duman müşahidə olunur

Şəmkir, Lerik və Yevlaxda duman müşahidə olunur
11:28

Noyabrın 29-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Düşən yağıntının miqdarı Quba, Qusar, Naxçıvanda 1 mm-dək olub.Şəmkir, Lerik və Yevlaxda duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10° isti, Naxçıvan MR-da 4° şaxtadan 2°-dək isti, Aran rayonlarında 3° isti, dağlıq ərazilərdə 1°-dək isti qeydə alınıb.

Sizin reklam burada
Sizin reklam burada