ABŞ-ın Los-Anceles şəhərində baş verən 5,0 maqnitudalı zəlzələ zamanı Beynəlxalq Hava Limanında (LAX) həyəcanlı anlar yaşanıb.
Yeraltı təkanlar zamanı enişə hazırlaşan “Delta Air Lines” aviaşirkətinə məxsus “Airbus A319” sərnişin təyyarəsi aviadispetçerin “Güclü zəlzələ baş verir, ikinci dövrəyə gedin” xəbərdarlığından sonra son anda enişdən imtina edərək yenidən yüksəklik yığıb.
Təyyarə təxminən 30 dəqiqə havada gözlədikdən sonra uğurla eniş edib.
Zəlzələ nəticəsində hava limanının bəzi hissələrində şüşələr sınıb və tavan panelləri yerə düşüb. İlkin yoxlamalardan sonra ciddi dağıntı və xəsarət qeydə alınmadığı bildirilib.