Bakının bu ərazisində söküntüyə hazırlıq gedir - VIDEO

Bakının bu ərazisində söküntüyə hazırlıq gedir - VIDEO
09:26

Bakı-Qars küçəsinin hər iki tərəfində yol kənarındakı obyektlərə bir neçə gün əvvəl nömrələr vurulub.

Söhbət Binəqədi rayonu, 7-ci mikrorayonda, keçmiş Abay Kunanbayev küçəsində yerləşən qeyri-yaşayış sahələrindən gedir.

Obyektlərin nömrələnməsi ərazidə söküntünün aparılacağına dair suallar yaradıb.

0
Reklamınızı SmartBee ilə effektiv edin.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, obyektlərin nömrələnməsi yol tikintisi layihəsinin ilkin mərhələsidir. Layihə yaşayış komplekslərindən birini Bakı-Qars küçəsi ilə birləşdirəcək avtomobil və piyada tunellərinin tikintisindən ibarətdir.

Agentliyin məlumatına görə, təsdiqlənən layihə əsasında yol üçün ayrılan zolağın sərhədləri müəyyənləşdirilir. Həmin zolağa düşən hər obyektə ayrıca inventar nömrəsi verilir. Növbəti mərhələdə obyektlərin daxili və xarici ölçüləri götürülür. Kadastr və qiymətləndirmə məlumatları həmin nömrə ilə obyektə bağlanır. Əmlakın alınması, kompensasiya və söküntü ilə bağlı məsələlər isə sonrakı mərhələlərdə rəsmiləşdirilir.

Daha ətraflı “Xəzər TV”nin videomaterialında:


Sizin reklam burada
Sizin reklam burada