News365.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə senatorun ofisinin nümayəndəsi məlumat verib və onun ölümü ilə bağlı daha əvvəl yayılan məlumatlara aydınlıq gətirib.
Məlumata görə, bazar ertəsi senatorun ofisi həyat yoldaşının bazar günü “ən çox sevdiyi işlə – təbiətdə vaxt keçirməklə məşğul olarkən sakitcə vəfat etdiyini” bildirmişdi. Lakin sonradan aparılan araşdırma nəticəsində ailə onun öz həyatına son qoyduğunu öyrənib.
“İlkin olaraq Brüsün evdə sakit şəkildə vəfat etdiyi düşünülürdü. Lakin əlavə araşdırmadan sonra Brüsün intihar etmək qərarına gəldiyi məlum oldu”, – senatorun nümayəndəsinin sosial şəbəkə "X"də yayımlanan bəyanatında bildirilib.
Senatorun ofisindən bildirilib ki, hələlik hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayacaq.