Əfqanlar İran sərhədindən Azərbaycana girmək istədilər

Əfqanlar İran sərhədindən Azərbaycana girmək istədilər
12:33

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzi məlumat yayıb.

DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Sizin reklam burada
Sizin reklam burada