İranda terror hücumu: sünni din xadimi öldürüldü

İranda terror hücumu: sünni din xadimi öldürüldü
22:00

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində sünni din xadimi öldürülüb.

News365.az xəbər verir ki, bu barədə Sərbaz rayon administrasiyası məlumat yayıb.

“Rayonun hörmətli və tanınmış sünni din xadimlərindən biri, müəllimimiz Bəşir Salahzəhi terror hücumunun qurbanı olub və həlak olub”, – deyə rayon administrasiyasının məlumatında bildirilir.

Qeyd edilib ki, hadisə Sərbaz–İranşəhr avtomobil yolunda baş verib. Hadisənin digər detalları açıqlanmayıb.


Sizin reklam burada
Sizin reklam burada