Türkiyənin Samsun şəhərindəki Çarşamba hava limanında təlim təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.
News365.az xəbər verir ki, hadisədən sonra yanğınsöndürmə-xilasetmə (ARFF) və aidiyyəti qurumların əməkdaşları dərhal əraziyə cəlb olunaraq zəruri təhlükəsizlik tədbirləri görüblər.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib ki, təlim uçuşu həyata keçirən tələbə pilotun səhhəti yaxşıdır və o, xəsarət almayıb.