İran Starlink-dən istifadə edib? - Mask iki nəfəri işdən qovdu

İran Starlink-dən istifadə edib? - Mask iki nəfəri işdən qovdu
10:12

“The Washington Post” qəzetinin məlumatına görə, İran ABŞ hərbçilərinin ənənəvi rabitə sistemlərini sıradan çıxarması fonunda qoşunların və hücum dronlarının əməliyyatlarını əlaqələndirmək üçün Starlink peyk rabitəsindən istifadə edib.

Bu barədə The Washington Post nəşri yazıb.

Məlumata əsasən, İlon Mask bundan müharibənin İranla başlamasından sonrakı ilk həftədə xəbər tutub.

Bundan sonra SpaceX terminalların satış və aktivləşdirilməsi qaydalarını sərtləşdirib, şirkətin azı iki rəhbəri isə işdən çıxarılıb.
 

Starlink-in İran üzərində fəaliyyətini tamamilə dayandırmaq texniki baxımdan mümkün olsa da, bu, dövlət senzurasından yan keçmək üçün sistemdən istifadə edən adi iranlıları da rabitəsiz qoya bilər.


İran hərbçilərinin Starlink-dən istifadəsinin qarşısının alınıb-alınmadığı isə hələ də məlum deyil.


Sizin reklam burada
Sizin reklam burada