Bərdə rayonunda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.
Hadisə Əliyanlı kəndində baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü Kənan İmaməliyev və həyat yoldaşı, 2008-ci il təvəllüdlü Pərvanə Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hər iki şəxs xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. K.İmaməliyevin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.