Misli Premyer Liqasında XIII turun növbəti görüşləri bu gün keçiriləcək.
Üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ikinci duelində "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. "Azersun Arena"da təşkil olunacaq görüş saat 17:00-da başlanacaq.
Ağdam təmsilçisi 20 xalla dördüncü sıradadır. "Kimyaçılar" isə 10 xalla onuncu yerdədir.
Xatırladaq ki, ilk oyun günündə "Şəfa" səfərdə "İmişli"yə qalib gəlib (3:1), "Neftçi" isə evdə "Zirə"ni məğlub edib (1:0). XIII tura noyabrın 29-da yekun vurulacaq.