Siyəzən rayonunda iki azyaşlı Taxtakörpü–Ceyranbatan su kanalına düşüb.
News365.az xəbər verir ki, hadisə noyabrın 28-də Siyəzən şəhəri yaxınlığında baş verib.
İlkin məlumata əsasən, uşaqlar kanalın kənarında oynayarkən suya düşüblər.
Azyaşlılardan biri xilas edilərək xəstəxanaya yerləşdirilib, digərinin isə axtarışları davam etdirilir.
Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.