Xəbər verildiyi kimi, türkiyəli müğənni Asena Özçetin noyabrın 24-də yol-nəqliyyat hadisəsində həlak olub.
News365.az Türkiyə mətbuatına istinadla 53 yaşında həyatla vidalaşan Özçetinin dosyesini təqdim edir.
30 ildən artıq musiqi təcrübəsinə malik olan Asena Özçetin 14 may 1973-cü ildə İstanbulda, sənətçi ailəsində dünyaya gəlib. Anasının təsiri ilə kiçik yaşlarından musiqiyə maraq göstərən Asena məktəb illərində “Alphaville”, “Duran Duran”, “Level-42”, “Kajagoogoo” və Bryus Sprinqstin kimi ifaçı və qrupları dinləyərək musiqi zövqünü formalaşdırıb.
Özçetin musiqi karyerası ərzində epik metal qrupu “Dragonborn”un solisti kimi tanınıb. O, həmçinin solo fəaliyyətini və müxtəlif musiqi layihələrində iştirakını davam etdirib.
Sənətçinin dinləyicilərə təqdim etdiyi “Uçurumlar arasında” albomu ilə yanaşı, “Yeter Ki Susma”, “Bana Kalan”, “Kadınlar Bayramı”, “Kanatlar”, “Kimse Bilmez”, “Yoktur Eşin” və “Son Sözüm” kimi mahnıları da musiqisevərlərin diqqətini çəkib.
Musavat.com
