Sovet Sosialist Respublikaları İttifaqının dövlət himni 1922-ci ildən 1946-cı ilə qədər beynəlxalq proletar himni olan “İnternasional” idi. 1942-ci ildə sovet rəhbərliyi bundan imtina edərək vətəpərvərlik ideyalarına xidmət edəcək yeni himnin yaradılması barədə qərar verildi.
SSRİ himninin yazılması üzrə müsabiqə 1943-cü ildə keçirildi. Himninin yaradılması üzrə hökumət komissiyasına K. E. Voroşilov rəhbərlik edirdi. Müsabiqədə iştiraka görə hər bəstəkara 100 min rubl mükafat nəzərdə tutulmuş idi.
On doqquz şair himnin sözləri ilə bağlı öz variantlarını təqdim etmişdi ki, onların içərisində Azərbaycandan Səməd Vurğun da var idi. Səməd Vurğun SSRİ Yazıçılar İttifaqının rəhbər orqanlarının üzvü və Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri, iki dəfə Stalin mükafatı laureatı, SSRİ Ali Sovetinin deputatı olduğu üçün onun müsabiqədə iştirakı təsdiqlənmiş idi.
Onun təqdim etdiyi himnin sözlərindən bir parçanı təqdim edirəm:
Rus dilində:
Мы, дети великой страны,
Едином строю нерушимом,
Идём за тобой,
Сталин родной,
Под знаменем правды и мира.
С тобой мы к победе пришли,
Ты слава, ты наша отрада.
В бою и в труде за тобой Идём мы, сыновья Совета!
Tərcüməsi:
Biz, böyük bir ölkənin uşaqları,
Vahid, sarsılmaz qaydada,
Sizi izləyirik,
Hörmətli Stalin,
Həqiqət və sülh bayrağı altında.
Səninlə gəldik qələbəyə,
Sən şöhrətsən, sən bizim sevincimizsən.
Döyüşdə və işdə,
Sizi izləyirik, Şura oğulları!
Çox heyf ki, bu sözlərin tam mətni rəsmi arxivlərdə qorunur, amma tam versiyası açıq şəkildə nəşr olunmayıb.
Qeyd edim ki, Stalin şəxsən Səməd Vurğunu tanıyırdı və 29 yaşı olanda, 1935-ci ildə Kremldə Stalinin qəbulunda ikən ona yazdığı “Rəhbərə salam” şeirini rus və azərbaycan dillərində şeir oxuyub. Şeir Stalinin xoşuna gəlib və Səməd Vurğunu dəvət edib, onunla görüşüb. Məhz bu tanışlığa görə Azərbaycan tərəfi şairin adını Qırmızı Əmək Bayrağı ordeninə təklif edəndə, Stalin öz əli ilə Lenin ordeni yazıb, o birini pozub.
Onun qalib gəlməsinə iki nəfər mane olub. Bir Rusiyanın şövinstliyi, ikinci isə Aram Xaçaturyan və sovet rus bəstəkarı və ictimai xadimi Dmitri Şostakoviç. İkisinin dostluğu sayəsində Stalin ətrafındakı ermənilər Səməd Vurğunun müsabiqə üçün təklif etdiyi sözləri ilk üçlüyə çıxmasına mane olub.
Himn seçmək isə üzrə dinləmələr 1943-cü il noyabrın 16-dək davam etdi və himn musiqisinin üç variantı final mərhələsinə yüksəldi. 1943-cü il dekabrın 14-də Siyasi Büro xüsusi qərarla A. V. Aleksandrovun variantını təsdiq etdi. Yeni himn ilk dəfə 1944-cü il yanvarın 1-nə keçən gecə S. N. Vasilenko tərəfindən xor və simfonik orkestr üçün versiyada ifa edilmişdir.
1943-cü ildə Tehran konfransı zamanı Franklin Ruzvelt Birləşmiş Millətlər Təşkilatının yaranmasını təklif etdiyindən sonra, Stalin SSRİ-nin dünyada nüfuzunu qaldırmaq üçün hər bir respublikaya xarici işlər üzrə qurum və dövlət atributlarının (bayraq və himn) yaradılmasına tapşırıq verir.
Beləliklə, 1944-cü ildə Üzeyir Hacıbəyli, Süleyman Rüstəm və Səməd Vurğun Azərbaycan Sovet Sosialist Respublikasının himnini yazırlar. 1978-ci ildə himndən Stalinlə əlaqəli sözləri çıxarmağı və mətnə əl gəzdirməyi Hüseyn Arifə həvalə edirlər.
Zaur Əliyev, tarixçi alim