"Məhsəti Gəncəvi hansı statusla sarayda yaşayıb?"- Hüquqşünas

"Məhsəti Gəncəvi hansı statusla sarayda yaşayıb?"- Hüquqşünas
09:40

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad xanım Məhsəti Gəncəvi haqqında bədii film çəkib, amma Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın senzurasından keçməyib. Səbəb: şairəni əxlaqsız qadın kimi təqdim edib, üstəlik erotik səhnələr, normativ-etik xarakterli və digər ciddi pozuntular var.

Məsələ ilə bağlı News365.az -a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, ümumən bədii əsər onun müəllifinin fantaziyasının məhsuludur:

“Hətta söhbət tarixi şəxsiyyətərin həyatından gedirsə belə. Məsələn, “Babək” filmində Babəklə (Rasim Balayev) mərhum Cavidanın arvadı Zərnisə (Amaliya Pənahova) arasındakı erotik səhnədən sonra Zərnisə çıxıb xürrəmilərə deyir ki, Cavdian vəsiyyət etdi ki, məndən sonra rəhbəriniz Babəkdir. Yəni faktiki belə çıxır ki, Babək karyerasını yataq üzərindən qurubmuş. İndi nə edək: bu filmi də Babək üçün təhqir hesab edərək yasaqlayaq?..

Həm də axı Əbülfəs Qarayevin qızını da başa düşmək olar. Ətrafa baxıb görür ki, şou-biznes/mədəniyyət əhli, bir qayda olaraq, əxlaqsızdır və karyeraları yataq üzərindən qurulur. Odur ki, çağdaş reallığı götürüb 8 əsr əvvələ şamil edib...

Tarixi Məhsəti Gəncəviyə gəldikdə isə onun haqqında məlumat çox azdır. Hətta real tarixi şəxsiyyət olub-olmaması da sual altındadır. Ortada yalnız fars dilində yazılmış şeirlər var. Bir də deyirlər ki, Nizamidən fərqli olaraq Məhsəti xanım saray şairi olub. Hərfi mənada: atabəylərin sarayında yaşayıb. Bunun özü də sual doğurur. Müsəlman dövlətində azad qadın sarayda necə yaşaya bilərdi axı? Sarayda ya atabəyin ailəsinə aid qadınlar, ya da kölələr (cariyələr) yaşaya bilərdi. Məhsəti hansı statusla sarayda yaşayıb axı?..

News365.az 


Sizin reklam burada
Sizin reklam burada