Türkiyənin TRT1 kanalında yayımlanan “Mehmed: Fetihler Sultanı” serialının növbəti – 61-ci seriyası tamaşaçıların böyük marağı ilə qarşılanıb.
News365.az-ın məlumatına görə, serialın budəfəki bölümü Türk dünyasına aid işarətlərlə yadda qalıb.
Bölümün sonunda Trabzona zəfər bayrağı sancan şəhid Eren Bülbüllərin “Bir kərə yüksələn sancak bir daha enməz!” söyləməsi azərbaycanlı tamaşaçıların diqqətini xüsusi çəkib.
Serialda Ağqoyunlu dövlətinin qurucusu Uzun Həsənin anası Sara xatun obrazının canlandırılmasını da ayrıca vurğulamaq lazımdır. Sara xatunun şahzadə Mehmedlə görüş səhnəsi tamaşaçıların yaddaşında iz qoyub.
Qeyd edək ki, serialda Sara xatun obrazını “Yeşilçam” ulduzu Selma Güneri canlandırıb.