Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb.
Bu barədə Oxu.Az-a məlumat daxil olub.
Məlumata əsasən, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb.
Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatında nazirin müşaviri vəzifəsinə təyin edilib. Yeni səhiyyə naziri Anar Bayramovun təyinatından sonra isə o, vəzifəsindən ayrılmaq qərarı verib.
Qeyd edək ki, E.Səmədov Aprel döyüşləri zamanı 4 günlük müharibədə 100-dən çox uğurlu cərrahiyyə əməliyyatı keçirib və Azərbaycan Prezidenti tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.