Səhiyyə işçiləri yarışır - "Sağlamlığa doğru qaç"

Səhiyyə işçiləri yarışır - "Sağlamlığa doğru qaç"
01 İyn 2025 12:16

Bu gün Bakı Bulvarında Səhiyyə İşçiləri üçün "Sağlamlığa doğru qaç" yarışı keçirilir.

News365.az xəbər verir ki, yarış 17 iyun tibb işçilərinin bayramı münasibətilə keçirilir.

Bu, sayca 8-ci yarışdır. Bundan əvvəl 7 rayonda yarış keçirilib.

Qeyd edək ki, yarışın sonunda 3-ü qız, 3-oğlan olmaqla 6 nəfər qalib gələcək.

Onu da deyək ki, qaliblər iyunun 8-də Xankəndidə yarışacaqlar. Bu barədə Topçubaşov adına Elmi Cərrahiyyə Həmkarlar İttifaqı Komitəsinin sədri Cəmaləddin Kosayev bildirib.


Sizin reklam burada
Sizin reklam burada