Rusiyanın Vladimir vilayətinin Murom şəhərində pilotsuz təyyarələrin hücumu zamanı yerli sakinlər təxliyə edilib. Bu barədə vilayətin qubernatoru Aleksandr Avdeyev özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, insanlar pilotsuz uçuş aparatlarının göründüyü ərazidən çıxarılıb. Lakin o, təxliyə edilənlərin dəqiq sayını açıqlamayıb.
Sakinlərin təxliyyə başa çatdıqdan sonra evlərinə qayıdıb-qayıtmaması ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural