Şolz niyə Kiyevə raket vermir? - "Politico" detalları açıqladı

Şolz niyə Kiyevə raket vermir? - "Politico" detalları açıqladı
10:00

“Taurus” uzaqmənzilli raketlərinin Ukraynaya ötürülməsindən imtina Almaniya Sosial Demokrat Partiyası üçün qarşıdakı seçkilərdə üstünlük əldə etmək deməkdir. Çünki siyasi təşkilat seçdiyi kursda ehtiyatlı davranışı ilə seçilir. “Politico” xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz bildirib.

Federal kansler vurğulayıb ki, Almaniyanın uzaqmənzilli raketlərinin Ukraynaya ötürülməsi onun razılığı olmadan həyata keçirilə bilməz.

Xatırladaq ki, dünən “Bild” qəzeti Almaniyanın Federal Kansleri Olaf Şolzun Ukrayna prezidenti Vladimir Zelenski ilə "Taurus"un tədarükü məsələsinə mübahisə etdiyini yazmışdı. Jurnalistlərin fikrincə, Şolz əmindir ki, "Taurus"un Ukraynaya tədarükü məsuliyyətsizlik olacaq. Kansler belə hesab edir ki, onların bu addımı münaqişənin gərginləşməsinə səbəb ola bilər.

Xatırladaq ki,  “New York Times” (NYT) noyabrın 17-də öz mənbələrinə istinadən diqqət çəkən məlumat yayıb. Nəşr iddia edib ki, ABŞ prezidenti Cozef Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib. Bundan sonra bir sıra Qərb rəsmiləri raket icazəsinin dezinformasiya olmadığını təsdiqləyiblər. ABŞ dövlət katibinin Qərb yarımkürələri üzrə köməkçisi Brayan Nikols  isə noyabrın 19-da “O Globo” nəşrinə müsahibəsində qərarı rəsmən təsdiqləyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər