Makron və Şolz G20 sammitində Braziliyaya qəzəblənib - "Reuters"

Makron və Şolz G20 sammitində Braziliyaya qəzəblənib - "Reuters"
13:25

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Ukraynadakı müharibə ilə bağlı qızğın müzakirələri azaltmaq üçün danışıqları vaxtından əvvəl bitirmək və G20 sammitinin yekun bəyanatını bir gün tez yaymaq qərarı Avropa liderlərinin, xüsusən Almaniya kansleri Olaf Şolsun və Fransa prezidenti Emmanuel Makronun narazılığına səbəb olub. 

Bu barədə Reuters diplomatik mənbələrə istinadən yazıb Nəşr qeyd edib ki, kommünike adətən sammitin sonunda dərc olunur. Lakin Lula bazar ertəsi plenar iclası yekunlaşdıraraq mətni təsdiq etmək qərarına gəlib. Qərar isə Fransa, Almaniya və ABŞ liderləri zald aolmayanda verilib.

Almaniya kansleri Olaf Şolz G20 kommünikesində Rusiyanın Ukraynada müharibəyə başlamasına görə məsuliyyətinin vurğulanmamasından təəssüfləndiyini bildirib. Xüsusən də bu, Kremlin tammiqyaslı işğalının 1000-ci günündə baş verir...

“G20-nin Rusiyanın məsuliyyət daşıdığını aydınlaşdırmaq üçün söz tapa bilməməsi çox az bir şeydir deməkdir”, - o, qeyd edib.

Makron Lulanın hərəkətlərindən də narazılığını bildirib və qeyd edib ki, "kommünike bizim tutduğumuz mövqeyə uyğun gəlmir”. O, həmçinin əlavə edib ki, mətndə məlum müharibə haqqında daha aydın qeydlərin olması faydalı olardı.

"Sənəd Fransanın mövqeyində heç nəyi dəyişmir: bu, Rusiyanın Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibədir və bu gün bizim prioritetimiz davamlı sülhə nail olmaqdır", - Makron əlavə edib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər