"Politico": Bayden çıxışlarında Trampın adını çəkməkdən çəkinir

"Politico": Bayden çıxışlarında Trampın adını çəkməkdən çəkinir
11:30

Hazırkı Amerika lideri Cozef Bayden ictimaiyyət qarşısında çıxışlarında ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın adını çəkməkdən çəkinir. TASS-ın yaydığı məlumata görə, vu fikirlər “Politico” qəzetində dərc olunan məqalədəndir.

Nəşr qeyd edib kimi, Peruda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Braziliyada təşkil olunan “Böyük İyirmiliklər Qrupu-G20” sammitlərində Bayden Ağ Evin növbəti sahibinin siyasətinə toxunmadan hazırladığı nitqinə "sadiq qalıb". Bundan əlavə, o, bir dəfə də olsun mətbuat konfransı keçirməyib, jurnalistlərin yalnız bir sualına qısa cavab verib.

Qəzet onu da qeyd edib ki, bu cür davranışı Demokratlar Partiyasının noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərindəki uğursuzluğunun nəticəsi saymaq. Əslində bu uğursuzluğa görə də Baydenin özü məsuliyyət daşıyır. Politico qeyd edib ki, Amerika vətəndaşlarının yeni seçimi hazırkı administrasiyanın xarici siyasət kursundan narazılığını və çoxtərəfli əməkdaşlıq formatlarını dəstəklədiyini nümayiş etdirir.

Məqalədə o da vurğulanıb ki, dünya liderləri Tramp haqqında ehtiyatlı danışırlar.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər