Rusiyada maraqlı hadisə baş verib. İrkutsk vilayətinin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə bölgənin Kirenski rayonunda xilasedicilər və polis uzun müddətdir ki itmiş qadını tapıblar. Yaşlı qadın ayı ilə qarşılaşdıqdan sonra bir həftədən çox imiş ki, tayqada azaraq dolaşırmış.
"Qadın Kirensk yaxınlığındakı ağac kəsmə bazasına gedirmiş və polis əməkdaşları, xilasedicilər, könüllülər təqaüdçünün axtarışına çıxıblar. O, yoxa çıxmazdan əvvəl qızına zəng edərək meşədəki qış daxmasının yanında ayı gördüyünü bildirib. Polis bir neçə gün ərzində həmin əraziləri yoxlayıb, axtarış zonasını daim genişləndirib. Axtarışın altıncı günündə polis bazadan bir neçə kilometr aralıda yaşlı qadını aşmış ağacların budaqları arasında uzanmış halda tapıb. O, yorğun və susuz olub. Təqaüdçü 10 gün ucqar tayqada ac və susuz dolaşıb. Qadın xəstəxanaya yerləşdirilib, hazırda onun həyatı və sağlamlığı üçün təhlükə yoxdur", - "Gazeta" yazıb.
Tural