ABŞ-nin Kiyevdəki səfirliyi bağlanıb

ABŞ-nin Kiyevdəki səfirliyi bağlanıb
10:50

ABŞ-nin Kiyevdəki səfirliyi noyabrın 20-də mümkün genişmiqyaslı hava hücumu xəbərləri fonunda fəaliyyətini dayandırdığını elan edib. Bu barədə ABŞ Dövlət Departamentinin "X" sosial şəbəkəsindəki səhifəsində yazılıb.

Məlumatda səfirliyin bağlanması ilə yanaşı, Ukraynadakı ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınacaqlara girməyə hazır olmaları tövsiyə edilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukraynanın paytaxtında və ümumilikdə Kiyev vilayətində hava hücumu ilə həyəcan siqnalları səsləndirilib. Bölgədə partlayış səsləri eşidilib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Youtube kanalımız

Oxşar xəbərlər