“43 №-li Yol İstismarı” MMC-nin xüsusilə külli miqdarda vergi borcu yaranıb.
News365.az-ın xəbərinə görə, idarənin dövlətə 18 965 997 AZN borcu var.
Hüquqi ünvanı Bərdə rayonu, Qaradağlı kəndi, qanuni təmsilçisi İlham Əli oğlu Əzimov olan MMC Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyindədir. Borc xüsusilə külli miqdarda olduğuna görə vergi orqanının məhkəməyə müraciəti əsasında İ.Əzimovun ölkədən çıxışına məhdudiyyət (“stop”) qoyula bilər.