Siyəzəndə avtomobil kanala aşıb, sürücü ölüb

Siyəzəndə avtomobil kanala aşıb, sürücü ölüb
02 Mar 2026 12:49

Siyəzən rayonunda avtomobil su kanalına aşıb.

News365.az xəbər verir ki, hadisə martın 1-də Alxanlı kəndinin ərazisində qeydə alınıb.

Şabran rayon sakini 1954-cü il təvəllüdlü Feyruz Qasımovun idarə etdiyi “VAZ-2107” markalı, 10 MU 248 N-li avtomobil yolun kənarındaki su kanalına aşıb.

Hadisənin sürücünün ürək çatışmazlığından ölməsi səbəbindən baş verdiyi bildirilir.

Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada