Şahruddin "Sabah"dan 300 min dollar istədi

Şahruddin "Sabah"dan 300 min dollar istədi
25 İyn 2024 01:53

"Adana Demirspor"la müqaviləsinə xitam verən Şahruddin Məhəmmədəliyev Azərbaycana qayıda bilər.

Belə ki, uzun illər "Qarabağ"ın formasını geyinmiş qapıçı "Sabah"ın danışıqlar aparmaqla bağlı təklifini qəbul edib.

Millinin "1 nömrə"sinin bu formanı geyinmək üçün Konfrans Liqasının iştirakçısından nə qədər pul istəməsi də bəllidir. "Şah"ın ürəyindən keçən illik məbləğ 300 min dollardır.

Şahruddin Məhəmmədəliyev 3 gün öncə "Adana Demirspor"la müqaviləsini birtərəfli qaydada ləğv edib.

O, 2023-cü ilin sentyabrından Türkiyə Superliqası təmsilçisində oynayırdı. Klubun heyətində 25 rəsmi matçda meydana çıxıb, 40 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.


Youtube kanalımız

Oxşar xəbərlər