Mahmudov meşədə ayı ilə güləşdi - VİDEO

Mahmudov meşədə ayı ilə güləşdi - VİDEO
28 Sen 2024 13:50

Rusiyalı boksçu Arslanbek Mahmudov sosial şəbəkədə ayı ilə güləşməsini əks etdirən video paylaşıb.

“Biz dostlarla meşədə gəzirdik, sonra bir ayı ilə qarşılaşdıq. Bir sözlə, qərara gəldik ki, hansımızın daha yaxşı döyüşdüyünü sübut edək”, – Mahmudov yazıb.

35 yaşlı Mahmudov peşəkar karyerasına 2017-ci ildə başlayıb. O, ilk döyüşündə meksikalı Xayme Barajası məğlub edib. 24 saniyə davam edən döyüş texniki nokautla başa çatıb.

Mahmudov demək olar ki, bütün döyüşlərini Kanadada keçirib. O, ABŞ, Səudiyyə Ərəbistanı və Meksikada da çıxış edib. 20 döyüşdə 19 qələbə və bir məğlubiyyəti var. Mahmudov hazırda Monrealda yaşayır.



Tural


Youtube kanalımız

Oxşar xəbərlər