Bu gün Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov
Memorialının qalibi bəlli olacaq.
News365.az-ın məlumatına görə, 8 qrossmeyster bu dəfə
blits növündə mübarizə aparacaq.
14 turdan sonra xatirə turnirinin qalibi müəyyənləşəcək.
Rapid yarışının ardından rusiyalı Yan Nepomnyaşi 10 xalla
liderdir.
Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov (9 xal)
ikinci pillədə qərarlaşıb. Özbəkistanlı Nodirbek Abdusattorov ilə digər
rusiyalı Vladislav Artemyev (hər ikisi 8) 3-4-cü, macar Riçard Rapportla Aydın
Süleymanlı (hər ikisi 6 xal) 5-6-cı yerləri bölüşdürürlər. Hindistanlı Aravind
Çitambaram 5 xalla 7-ci, Rauf Məmmədov isə 4 xalla 8-ci sıradadır.
Qeyd edək ki, sonuncu turdan sonra bağlanış mərasimi baş
tutacaq.