"Araz Naxçıvan"dan vacib qələbə

"Araz Naxçıvan"dan vacib qələbə
27 Sen 2024 21:07

Azərbaycan Premyer Liqasında VIII tura start verilib.


News365.az xəbər verir ki, turun açılış matçında "Araz-Naxçıvan" Sumqayıtda "Səbail"i qəbul edib.


"Kapital Bank Arena"da keçirilən görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.


Bu nəticənin ardından cari mövsüm beşinci qələbəsini qazanan "Araz-Naxçıvan" xallarının sayını 16-ya çatdırıb.


Qeyd edək ki, turun digər matçları sentyabrın 28-29-da keçiriləcək.


Youtube kanalımız

Oxşar xəbərlər